ÖLKƏ

Hit : 25

Babək prospekti yenidən qazılacaq?  - Qorxmaz Hüseynov aydınlıq gətirdi

Babək prospekti yenidən qazılacaq? - Qorxmaz Hüseynov aydınlıq gətirdi

12:30, 07.11.2019

"Babək prospektində "Azərsu"nun heç bir işi qalmayıb".

 

İslaminSesi Modern.az - a istinadən  xəbər verir ki,  bunu YAP İcra Katibliyində keçirilən mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib. O, bu yaxınlarda prospektdə kanalizasiya xətlərinin yenilənəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: 

 

"Orada yeni işlərə başlanmayacaq. Bizim həmin prospektdə heç bir işimiz qalmayıb. Bu layihə çoxdan olub, başa çatıb. Sadəcə texniki səhvlik ucbatından "Azərsu"nun elektron portalında layihə haqqında məlumat yerləşdirilərkən indiki tarixə qeyd edilib".

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər