ÖLKƏ

Hit : 149

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

22:44, 19.08.2019

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 435,5 milyon manat, xərcləri isə 13 102,7 milyon manat təşkil edib.

 
İslaminSesi Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5% və 12,5% çoxdur.
 
Son nəticədə büdcədə 667,2 milyon manatlıq kəsir yaranıb. Bu, yanvar-iyun aylarının yekunu ilə müqayisədə 121,7 milyon manat çoxdur.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər