ÖLKƏ

Hit : 72

Azərbaycanda toyların sentyabr ayına qədər təxirə salındığı iddiasına - Rəsmi açıqlama

Azərbaycanda toyların sentyabr ayına qədər təxirə salındığı iddiasına - Rəsmi açıqlama

12:41, 16.05.2020

Ötən gün Operativ Qərargahın keçirdiyi brifinqdə çıxış edən TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlının toyların sentyabrda keçiriləcəyi ilə bağlı fikirlər səsləndirdiyi haqda iddialar yayılıb.

"İslaminSesi" xəbər verir ki,  məsələyə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva aydınlıq gətirib.

 

Qurum rəsmisi qeyd edib ki, TƏBİB sədri Ramin Bayramlı dünən keçirilən brifinqdə toyların keçirilməsinə sentyabrda icazə veriləcəyi ilə bağlı fikirlər səsləndirməyib:


"Bu məsələ ilə bağlı tam əmin olmaq üçün istəyən dünən keçirilən brifinqi açıb yenidən izləyə bilər. Bu fikirlər düzgün deyil. Saytlarda gedən məlumat brifinqdə səsləndirilməyib"



DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər