ÖLKƏ

Hit : 213

Azərbaycanda toy və yas mərasimlərinə nə vaxt icazə veriləcək? - Operativ Qərargahdan açıqlama

Azərbaycanda toy və yas mərasimlərinə nə vaxt icazə veriləcək? - Operativ Qərargahdan açıqlama

13:02, 14.05.2020

Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Sosial şəbəkədə mayın 31-də karantin rejimin bitəcəyini, toylar və yaslara icazə veriləcəyi ilə bağlı iddialar yayılıb.

"İslaminSesi" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov məsələ ilə bağlı bildirib ki, bu barədə hələlik bir söz demək mümkün deyil:

 

"Çünki bu barədə konkret qərar yoxdur. Hər şey yoluxanların sayının artma-azalma dinamikasından asılıdır".

 

sonxeber.az

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər