ÖLKƏ

Hit : 134

Azərbaycanda problemli kreditlər son bir ildə 17%-dək azalıb

Azərbaycanda problemli kreditlər son bir ildə 17%-dək azalıb

13:11, 30.08.2019

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 487,4 milyon manat təşkil edib.

 

İslaminSesi Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,1% çoxdur.

 

İlin əvvəlinə nisbətən problemli kreditlər 6,2%, son bir ildə isə 16,5% azalıb.

 

İyulun sonuna bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9% olub. Bu göstərici iyunun sonuna 11%, ötən ilin sonuna 12,2%, ötən il iyulun sonuna isə 14,6% təşkil edib.

 

Bankların iqtisadiyyata cəmi kredit qoyuluşları bu il avqustun 1-nə 13 681,4 milyon manat təşkil edib. Bu, iyunun sonuna nisbətən 1,5%, ötən ilin sonuna 5,1%, ötən il iyulun sonuna nisbətən isə 12,4% çoxdur.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər