ÖLKƏ

Hit : 378

Azərbaycanda dərslər dayandırılacaq? - Rəsmi açıqlama

Azərbaycanda dərslər dayandırılacaq? - Rəsmi açıqlama

13:06, 02.03.2020

"Koronavirus epidemiyası ilə bağlı mübarizə ilk gündən diqqət mərkəzindədir. Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək".

 
İslaminSesi Qaynarinfo- ya istinadən  xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
 
O bildirib ki, məktəblərdə fəaliyyət göstərən qərargaha toplanan müvafiq məlumat təhlil olunur və nəticələr barədə qərar qəbul edilir.
 
Nazirlik rəsmisi eyni zamanda məktəblərdə təhsilin dayandırılması ilə bağlı fikirlərə də münasibət bildirib: "Hələlik bu barədə heç bir qərar verilməyib. Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə ilk növbədə mətbuat məlumatlandırılacaq".

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər