ÖLKƏ

Hit : 227

Azərbaycan İslam Partiyası Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib - FOTOLAR

Azərbaycan İslam Partiyası Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib - FOTOLAR

15:48, 26.02.2020

Azərbaycan İslam Partiyası fevralın 26-da Xətai rayonunda ucaldılan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib.

 

İslaminSesi xəbər verir ki,  faciənin 28-ci ildönümü münasibəti ilə   “Ana harayı”  kompleksini ziyarət edən Partiya funksionerləri abidə önünə gül dəstələri qoyaraq  faciə qurbanlarının əziz xatirəsini anıblar. 

 

Faciə qurbanlarının ruhuna dualar oxuyaraq, xalqımıza,  soyqırıma məruz qalanların yaxınlarına, ailələrinə baş sağlığı veriblər.

 

Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb ki, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır.

 

1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.

 

Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-sinin taleyi indi də məlum deyil.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər