Hit : 23

Azərbaycan 4 ayda 4,8 mlrd. dollarlıq neft ixrac edib

Azərbaycan 4 ayda 4,8 mlrd. dollarlıq neft ixrac edib

11:20, 14.05.2020

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11,840 mln. ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“İslaminSesi”nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4,821 mlrd. ABŞ dolları təşkil edib.

 

Bu ilin dörd ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 1,8%, dəyəri isə 15% azdır.

 

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 76,45% olub.

DİGƏR XƏBƏRLƏRİ

bütün xəbərlər