ARAŞDIRMA

Hit : 538

Ayətullah Xoyinin Vilayəti-fəqih barədə mövqeyi - Nəcəf elmi hövzəsi (VİDEO)

10:50, 16.01.2020

Nəcəf hövzəsinin böyük alimi, Ayətullah Sistaninin tələbəsi Seyyid Munir əl-Xubbazın mühazirəsindən bir parça...

 

Noyabr 2012...


... Şəri baxımdan yerinə yetirilməsi tələb olunan, amma müəyyən bir şəxsin öhdəsində qoyulmayan işlərə “hisbiyyə işləri” deyilir.


Yalnız bundan sonra başa düşə bilərik ki, bir “fəqih “hisbiyyə” məsələlərində vilayət sahibidir” dediyi zaman, bu fəqihin bir risalə yazıb evdə oturması anlamınamı gəlir?


Hisbiyyə məsələləri hansılardır? Diqqət edin!


Hisbiyyə məsələlərinə müqəddəs şəriətin tələb etdiyi, lakin təmin edilməsi üçün vəzifələrin özəlliklə (xüsusi şəkildə) təyin edilmədiyi bütün məsələlər daxildir.


Məsələn nə kimi?


Bir ökənin nizam və sabitliyinin qorunması ilə əlaqəli olan bütün məsələlər hisbiyyə məsələlərinə daxildir. Həyat sabitliyinin təmin edilməsinə aid olan hər bir şey, Hisbiyyə məsələlərinin əhatə dairəsindədir. Həyat sabitliyinin qorunmasına aid olan hər şey həqiqətdə, İslam şəriətinin tələbidir. Bu məsələ hər hansı bir insanın boynunda olmadığı üçün, bu vilayət müəyyən şərtlərə cavab verən fəqihə verilir. Seyyid Xoyi özünün “Ət-Tənqih” kitabının 1-ci cildində və “əl-Müstənəd” kitabının 2-ci cildində vilayəti-fəqihə aid olan üç məsələyə toxunub, onları açıqlayır. Onun tələbəsi, hörmətli Şeyx Təbrizi, ustadı Seyyid Xoyinin sözlərinə məna verir. O deyir: “Və onlara (Hisbiyyə məsələlərinə) bunlar da daxildir:


“Ölkə sisteminin idarəsi, ölkə müdafiəsi üçün gərəkli vasitələrin hazır vəziyyətə gətirilməsi.”


Buna görə, bir fəqihin Hisbiyyə məsələlərində vilayət sahibi olması, onun evdə oturması anlamına gəlməz. Hisbiyyə məsələlərində vilayətə etiqad edən, əslində, bir fəqihin vilayətinin ölkə sisteminin idarəsi və müdafiəsinə qədər uzandığının etiqadındadır. Fəqihin rolu bir risalə yazmaqla məhdudlaşmaz. Belə bir şey heç kim söyləməyib. Belə bir fikri Şeyx Müfidin zamanından bu yana eşitməmişik. Hətta, bir fəqihin hisbiyyə məsələlərində vilayət sahibi olduğunu söyləyən fəqihlər deyirlər ki, həyatın qorunması, ölkə sisteminin idarə olunması, ölkə sərhədlərinin və müqəddasatının qorunmasına aid bütün məsələlər bu hisbiyyə məsələlərinə daxildir. Beləliklə, sizlərə imam Xoyinin sözlərini və hisbiyyə məsələlərindəki vilayət haqqında nə dediyini nəql edəcəyəm.

 

Baxaq, imam Xoyi özünün “Minhac əs-Salihin” kitabında nə yazır. Bu məşhur bir kitabdır və asanlıqla tapıla bilər. “Minhac əs-Salihin”, səhifə 366-da imam Xoyi (r) buyurur: “Qeyb dövründə hücum cihadı vacibdir”. İmam Xoyidən başqa heç kim belə fətva verməyib. Bəziləri imam Xoyi haqqında “geridə qalmış, zəmanəsindən bixəbər və dünyadan təcrid olunmuş,” deyirlər. Halbuki o heç bir tanınmış fəqihin demədiyi bir söz deyir, yəni “qeyb dövründə hücum cihadının vacibliyini” vurğulayır.

 

Budur imam Xoyi! “Geridə qalmış, dünyadan bixəbər” dedikləri adam! O deyir ki, qeyb dövründə hücum cihadı etmək vacibdir. Belə buyurur: “Əgər müsəlmanların hazırlığı, döyüş sursatları və qüvvəsi olarsa, onlara həqiqətən vacibdir ki, küfr əhlini İslama dəvət etmək üçün, cihad etsinlər”.


Sonra davam edir: “Həqiqətən, bu önəmli məsələyə (cihada) açıq şəkildə əməl etmək üçün, müsəlmanların hökm sahibi kimi qəbul etdikləri bir rəhbər və komandana ehtiyac var. Heç şübhəsiz ki, bu vəzifə, bütün şərtlərə cavab verən fəqihə aiddir. O (fəqih) bu önəmli vəzifəni hisbi olaraq həyata keçirir. Başqa birisinin bu vəzifəni öhdəsinə alması, xaos və qarışıqlığa gətirib çıxaracaqdır”. Ona görə, hisbiyyə məsələlərində vilayətə etiqad bəsləyən imam Xoyiyə görə, bu vilayətə həmçinin qeyb dönəmində cihad əmri vermək də daxildir. Bu vilayət yalnız risalə yazmaqla məhdudlaşmır. Ona görə, düşünməyin ki, yalnız hisbiyyə məsələlərindəki vilayəti qəbul etmək, fəqihin cəmiyyətdə nüfuz sahibi olmamasına etiqad bəsləməkdir. Bu, heç də elə deyil. İmam Xomeyni (ruhu şad olsun) kimi ümumi vilayətə etiqad edənlə, imam Xoyi (r) kimi məhdud vilayətə, başqa sözlə hisbiyyə məsələlərində vilayətə etiqad edənin nə kimi fərqi var? Bu ikisinin arasındakı fərq nədir? Burdakı fərq çox sadə və cüzidir. İmam Xomeyni (r) inanır ki, ümmətin öz rəhbərlərinə ehtiyac duyduğu hər bir şey fəqihin vilayəti altındadır. Yəni, vilayət ümmətin rəhbərə ehtiyaclı olduğu hər sahəyə aiddir. İstər fərdi, istərsə də ictimai mənafelərdə. İstər zəruriyyətdən doğan mənafe olsun, istər rahatlıqdan. Hər bir məsələ ki, insanlar onda rəhbərə ehtiyaclıdır, fəqihin vilayəti altındadır. Həm də ki, fərdi və ya ictimai, zəruri və ya qeyri-zəruri olmasından asılı olmayaraq. Seyyid Xoyi və tələbələrinə gəldikdə isə, onların etiqadı budur ki, fəqihin vilayəti həyat nizamının müdafiəsi ilə bağlı məsələlərə aiddir. Buna görə, aralarındakı fərq cüzidir və geniş müzakirə predmeti deyil. Fəqih heç də rəhbərlik səhnəsindən kənarda deyildir. Bundan başqa, “Şaban” qiyamına kim başçılıq edirdi? İmam Xoyi. Ayağa kim qalxdı? Bununla bağlı fətvanı kim verdi?


...Şəhid Seyyid Muhəmməd Baqir əl-Həkim nəql edir ki, “Şaban” qiyamı zamanı imam Xoyinin evi hərbi təlimlər məkanı idi. Onun öz evində insanlara döyüş və silah-sursat təlimi verilirdi. Öz rolunu sadəcə risalə yazmaqda görürdüsə, qiyam rəhbərlik etməyi necə qəbul etdi?

Bu necə qəbul edilə bilər?

Buna görə, bu iki görüş arasında vilayətin mövqeyi haqqında bir ixtilaf yoxdur…

 

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər