DÜNYA

Hit : 308

Ayətullah Xamenei mövlud günləri ilə əlaqədar əfv fərmanına razılıq bildirib

Ayətullah Xamenei mövlud günləri ilə əlaqədar əfv fərmanına razılıq bildirib

16:54, 14.11.2019

İran İslam İnqilabının Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamenei əziz İslam peyğəmbərinin (s) və İmam Sadiq (ə)-ın mövlud günləri ilə əlaqədar əfv fərmanının imzalanmasına razılıq verib.

 

İslaminSesi tasnimə istinadən xəbər verir ki, Ali Dini Rəhbərin rəsmi saytının verdiyi məlumata görə mövlud günlərinin gəlişi münasibəti ilə İslam İnqilabı Rəhbəri 3552 məhkumun azadlığa çıxması və ya cəzasının yüngülləşdirilməsi ilə əlaqəli əvf fərmanının imzalanmasına razılıq verib.

 

Mənbənin bildirdiyinə görə Məhkəmə Sisteminin rəhbəri höccətul-islam Seyyid İbrahim Rəisinin 3552 məhkumla bağlı göndərdiyi əfv təlkifi Ali Dini Rəhbər tərəfindən qəbul edilib.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər