SİYASƏT

Hit : 190

Ayətullah Xamenei İraqdakı etiraz və iğtişaşlara münasibət bildirib

Ayətullah Xamenei İraqdakı etiraz və iğtişaşlara münasibət bildirib

11:59, 07.10.2019

"İranlılarla iraqlıların rabitəsi gündən günə artır. Bu iki xalqın bədənləri və ürəkləri Allaha iman, Əhli-beytə və İmam Hüseynə məhəbbət bəsləməklə biri-birilərinə bağlıdırlar. Kimsə onların arasında təfriqə sala bilməz."

 

İslaminSesi.info xəbər verir ki, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin bu mesajını onun dəftərxanasının twitter səhifəsi yayımlayıb.

 

Ayətullah Xamenei bildirib ki, İran və İraq xalqlarının ürək və bədənləri Allaha iman və Əhlibeytə məhəbbət vasitəsilə biri-birinə bağlıdır və bu bağlılıq gündən günə artır.

 

O əlavə edib ki, "Kimsə iki xalq arasında təfriqə sala bilməz və düşmənlərin bu barədə planları da baş tutmayacaq."

 

Qeyd edək ki, son həftə ərzində İraqda baş verən etiraz və iğtişaşlar zamanı Rəsmi Bağdadla isti münasibəti olduğuna görə İrana qarşı da şüarlar səsləndirilib. İranla yaxın münasibəti olan bir sıra hakim və müxalifət partiyalarının obyektləri də yandırılıb. İraq polisi iğtişaşlara qarşı addımlar çərçivəsində Səudiyyə Ərəbistanın əl-Ərəbiyyə və əl-Hədas telekanalının Bağdad ofisini bağlayıb.SalamNews 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər