SOSİAL

Hit : 188

Ayətullah Sistaninin koronavirusla bağlı 5 maddəlik tövsiyəsi yayımlandı - Yeni

Ayətullah Sistaninin koronavirusla bağlı 5 maddəlik tövsiyəsi yayımlandı - Yeni

10:36, 06.03.2020

Koronavirus səbəbilə İran İslam Respublikasında ölümlərin baş verməsindən sonra İraqda yaşayan İslam dünyasının nüfuzlu din xadimi Ayətullah Seyid Əli Sistaninin də ofisi faktlara münasibət bildirib.

 

Bununla bağlı Ayətullah Seyid Əli Sistaninin ofisi 5 maddəlik tövsiyə də yayımlayıb:   

"Rəhman və Rəhim olan Allahın adı ilə   Uca Allah hikmətli kitabında belə buyurur: "Mütləq sizi bir az qorxu, aclıq, mal, can və digər şeylərdən azaltmaqla imtahan edərik"   Dünyanın koronavirusla mübarizə apardığı və xüsusilə İran İslam Respublikasında bu xəstəliyə yoluxmuş mömin və möminələr olduğu reallığını nəzərə alaraq möminlərdən bunları yerinə yetirmələrini tövsiyə edirik:  

1. Səbirli olsunlar və Səhiyyə Nazirliyinin rəsmilərinin həyata keçirdiyi tədbirlərə əməl etsinlər.  

2. Heç şübhəsiz belə çətin vəziyyətlərdə Allaha sığınmaq və Allahın məsum qərar verdiyi Əhlibeytə təvəssül etmək qurtuluş üçün ən önəmli yollardandır.  

3. Bu xəstəliyə düçar olmuşları müalicə etmək və onların xidmətlərində olan şəxsi istənilən şəkildə Allahı razı salar. Dolayısıyla möminlər İmam (ə) büdcəsinin yarısını bu yolda istifadə edə bilərlər.  

4. Bu virusla mübarizə aparan həkimlər, tibb işçiləri və bu istiqamətdə iş aparan digər şəxslərə təşəkkür edirik. Uca Allahdan onlar üçün gümrah səhət və uğurlar arzulayırıq.  

5. Səbirli və təmkinli olunmasının zəruri olduğunu bildirərək uca Allahdan xəstələr üçün şəfa, ölənlər üçün rəhmət və bağışlanmalarını istəyirik.   Allahım bu problemdən və çətinlikdən ümməti xilas et!"

 

Eastnews.org

DİGƏR SOSİAL XƏBƏRLƏRİ

bütün xəbərlər