SİYASƏT

Hit : 185

Ayaz Mütəllibov Paşinyanın ittihamlarına cavab verdi - VİDEO

Ayaz Mütəllibov Paşinyanın ittihamlarına cavab verdi - VİDEO

22:56, 17.02.2020

Ayaz Mütəllibov Paşinyanın ittihamlarına cavab verdi.

Xəbər verdiyimiz kimi, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistan Baş naziri Nikol Paşinyan Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyini iddia etsə də, Prezident İlham Əliyev buna qətiyyətlə cavab verərək, onun iddialarının əsassız olduğunu bildirmişdi. 

 

Sabiq prezident Ayaz Müəllimov AZTV-də  Paşinyanın söylədiklərinə münasibət bildirib. O, Ermənistanın Baş nazirinin yalan söylədiyini deyib:

 

"Paşinyanın sözlərinin real əsası yoxdur. Ona görə də hansısa jurnalistin "Arqumenti Fakta"da nə vaxtsa nəsə deməsi haqqında danışdığını və bitməyən qanlı münaqişəni buna bağlamaq, nəinki məntiqi deyil, həm də qeyri-obyektivlikdir. Özü də, Münhen konfransı kimi səviyyədə. Lakin ölkə prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü özlüyündə təəccübləndirir və bu yolverilməzdir".

Modern.az 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər