SİYASƏT

Hit : 86

Avropa İttifaqı: “Sərhədlərini Avropaya açmayan Yunanıstanı dəstəkləyirik”

Avropa İttifaqı: “Sərhədlərini Avropaya açmayan Yunanıstanı dəstəkləyirik”

11:35, 02.03.2020

Avropa İttifaqı (Aİ) suriyalı qaçqınları sərhədlərindən buraxmayan Yunanıstanı dəstəkləyib.

Bu barədə Sondakika.com məlumat yayıb.

 

Bildirilir ki, Aİ Şurasının rəhbəri Şarl Mişel məsələyə münasibət bildirib.


“Avropa sərhədlərini qorumaq üçün Yunanıstanı dəstəkləyirik”, - deyə Ş.Mişel qeyd edib.


Ş.Mişel eyni zamanda deyib ki, vəziyyəti yaxından müşahidə edə bilmək üçün Yunanıstanın başçısı Kiryakos Miçotakis ilə çərşənbə axşamı günü Yunanıstan-Türkiyə sərhədində görüşəcək.


Qeyd edək ki, Suriya ərazisində türkiyəli hərbçilərin şəhid olmasından sonra Türkiyə Avropa sərhədlərini suriyalı qaçqınlar üçün açıb./paralel.az/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər