SİYASƏT

Hit : 424

Avropa ABŞ-a qarşı - Vaşinqtonun müttəfiqləri Moskvanı dəstəkləyir

Avropa ABŞ-a qarşı - Vaşinqtonun müttəfiqləri Moskvanı dəstəkləyir

11:38, 20.08.2019

Almaniya Rusiyaya qarşı sanksiyaların əleyhinədir

İslaminSesi. Son bir neçə ildir ki, Avropa Birliyi ölkələri ilə ABŞ arasındakı münasibətlərdə xeyli dərəcədə nəzərə çarpan çat yaranıb. Xüsusilə də Fransa və Almaniya Birləşmiş Ştatların Avropa məkanındakı hegemonluğu ilə barışmaq istəmir. İş o yerə çatıb ki, Amerikanın Rusiyaya qarşı sanksiyaları birincinin müttəfiqləri tərəfindən narazılıqla qarşılanır.


Xarici KİV-də yayılan xəbərə görə, artıq Almaniya rəsmiləri Vaşinqtonun sözügedən sanksiyalarının ləğv edilməli olduğunu bildirirlər. Səbəb kimi isə ABŞ-ın bu sanksiyalardan, əslində, öz mənafeləri üçün istifadə etməsi göstərilir. Digər tərəfdən Rusiyaya qarşı sanksiyaların təsir gücünün olmadığı da vurğulanır.


Əlbəttə, bunlar səbəblərdən biri kimi göstərilə bilər. Amma həlledici səbəb çox güman ki başqadır.


Məsələn, Almaniyanın, ya digər Avropa ölkəsinin neft və qaza, ümumiyyətlə karbohidrogen ehtiyatlarına ehtiyacı kifayət qədərdir. Bu ehtiyacı isə Rusiya ABŞ-dan daha yaxşı və daha sərfəli şəkildə ödəyə bilər. Belə olan halda Moskva ilə konfliktə getmək, Birləşmiş Ştatların mənafeyinə uyğun siyasət yürütmək Avropaya lazımdırmı? Əsla.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər