İDMAN

Hit : 949

"Arsenal"ın 4 futbolçusu "Qarabağ"la oyunu buraxacaq- RƏSMİ

22:56, 02.10.2018

İngiltərənin "Arsenal" klubunun qapıçısı Petr Çex 3-4 həftəlik sıradan çıxıb

İslaminSesi xəbər verir ki, "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna çexiyalı qolkiperin "Uotford"la Premyer Liqanın VII tur matçında dizaltı vətərindən aldığı zədə səbəb olub.

 

O, yaxın müddətdə bərpa kursu keçəcək. Beləliklə, Çex Avropa Liqasında "Qarabağ" və Portuqaliya "Sportinq"i, ölkə çempionatında isə "Fulhem" və "Lester"lə qarşılaşmalarda iştirak etməyəcək.

 

Otuz altı yaşlı oyunçu bu mövsüm "Arsenal"ın heyətində 8 matçın hamısında çıxış edib və 9 top buraxıb. Bundan başqa müdafiəçi Loran Koselni və Konstantinos Mavropanos, habelə, yarımmüdafiəçi Eynsli Meytlend-Naylz da zədəlidir.

 

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" qarşılaşması saat 20:55-də başlanacaq.

DİGƏR İDMAN XƏBƏRLƏRİ

bütün xəbərlər