DÜNYA

Hit : 70

Argentinada Corc Floydun ölümünə bənzər yeni bir hadisə - (Video)

Argentinada Corc Floydun ölümünə bənzər yeni bir hadisə - (Video)

10:59, 29.06.2020

Argentinada ABŞ-da polis tərəfindən öldürülən Corc Floyd hadisəsinə bənzər yeni ölüm halı qeydə alınıb.

 

İslaminSesi.info AFP-ə istinadən xər verir ki, hadisə ötən həftənin çərşənbə günü baş verib.

 

Argentina polisinin adıçəkilən ölümlə bağlı araşdırmaya başladığı bildirilir.

 

Hadisə Buenos Ayresdən 1200 km şimal-şərqdə yerləşən Tukuman şəhərində baş verib.

 

Oğurluqda ittiham edilən 43 yaşlı Severino Nadal günorta saatlarında onlarla insanın gözü qarşısında 4 polis işçisi tərəfindən döyülüb, yerə uzadılaraq eyni Floyd kimi boyunu sıxılaraq öldürülüb.

 

Videodan da göründüyü kimi sonradan Severinoya süni nəfəs verilməyə çalışılsa da faydası olmayıb.

 

Severino Nadalın oğurluq etdiyi iddia edilsə də məhkəməyə heç bir dəlilin təqdim edilmədiyi bildirilir.

 

 

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər