SİYASƏT

Hit : 55

Amerikan qüvvələri Suriyada Türkiyə ilə birgə əməliyyatlarda iştirak etməyəcək

Amerikan qüvvələri Suriyada Türkiyə ilə birgə əməliyyatlarda iştirak etməyəcək

10:11, 07.10.2019

ABŞ qüvvələri Türkiyənin Suriyanın şimalında başlatmaq niyyətində olduğu hərbi əməliyyatda iştirak etməyəcək.

 

İslaminSesi.info xəbər verir ki, bu barədə Ağ Ev mətbuat xidməti Donald Tramp və R.T.Ərdoğan arasında baş tutan telefon danışmasından sonra belə bir məlumat yayıb.

 

Ağ Evin bildirdiyinə görə ABŞ qüvvələri İŞİD-in tam məhv edilməsindən sonra artıq bu bölgədə olmayacaq.

 

Həmçinin Vaşinqtonun açıqlamasına görə ələ keçirilmiş İŞİD üzvləri Türkiyənin ixtiyarına veriləcək. Vaşnqton bu qərarın səbəbini Fransa, Almanıya və digər Avropa ölkələrinin öz terrorçu vətəndaşlarına sahib çıxmaması ilə əlaqələndirib.

 

Xatırladaq ki, Ərdoğan ötən şənbə günü Türkiyə Silahlı Qüvvələrinin Fəratın şərqində irimiqyaslı hava və quru əməliyyatına başlayacağını bildirmişdi.

 

 

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər