SİYASƏT

Hit : 127

Amerikan qüvvələri Suriyada iki hərbi qərargahı boşaldır

Amerikan qüvvələri Suriyada iki hərbi qərargahı boşaldır

11:27, 07.10.2019

ABŞ qüvvələri Suriyanın şimalında iki hərbi bazanı tam boşaldır.

 

İslaminSesi.info arabic.rt-ə istinadən xəbər verir ki, ABŞ hərbi qüvvələri Suriyanın Türkiyə ilə sərhəd bölgəsinə yaxın ərzisində olan, Rasul-Ayn şəhərində yerləşən “Təl-Ərqam” hərbi bazasını, o cümlədən Təl Abyazda yerləşən digər hərbi düşərgəni bütün hərbi texnikası və silahları ilə birgə tərk edir.

 

Xatırladaq ki, Türkiyə prezidenti R.T. Ərdoğan ötən şənbə günü Türkiyə Silahlı Qüvvələrinin Fəratın şərqində irimiqyaslı hava və quru əməliyyatına başlayacağını bildirmişdi. Dünən isə Vaşnqton artıq Suriyada İŞİDİ məhv etdiyini, Türkiyə ilə birgə Şərqi Fərat əməliyyatında iştirak etməyəcəyini elan edib.

 

 

Həmçinin Suriya Demokratik Qüvvələri ABŞ-ı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

 

 

 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər