DÜNYA

Hit : 165

Amerikalılara etibar etmək olmaz – Ayətullah Seyyid Əli Xamenei

Amerikalılara etibar etmək olmaz – Ayətullah Seyyid Əli Xamenei

21:51, 26.09.2019

İran İslam İnqilabının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei amerikalılara etibarın olmadığını bildirib.

 

İslaminSesi.info khamenei.ir saytna istinadən bildirir ki, islam İnqilabının Ali Lideri bu gün Xübrəqan Məclisinin üzvləri ilə görüşüb.

 

Dünyada və regionda baş verən mühüm prosesləri təhlil edən Ayətullah Xamenei İranın ABŞ və işğalçı İsrail istisna olmaqla bütün dünya ölkələri ilə münasibətlərə və müzakirələrə hazır olduğunu dilə gətirib.

 

Ayətullah Xamenei ABŞ-ı (səlahiyyətlilərini) yalançı adlandıraraq onlara qəti etibarın olmadığını bildirib.

 

Avropa ilə danışıqlara qapıların açıq olduğunu deyən  Ali lider, onların  bəzilərinin də ABŞ-dan  fərqlənmədiyini diqqətə çatdırıb.  

 

Avropalıların güc və  potensialının  ABŞ qədər olmadığını , lakin düşüncə tərzlərinin  bənzədiyini deyən Rəhbər, Qərblə danışıqları, boş və yalan vədləri,  vasitəçiliyə çəhdləri   mənasız adlandırıb.

 

Avropalılarla get-gəl etməyin, müqavilə bağlamağın heç bir maneəsi yoxdur, lakin onlardan ümidinizi kəsin. 

 

Avropa ölkələri öhdəliklərini yerinə yetirmirlər, təkcə bu məsələ onlara heç vaxt etibar etməməyin ən güclü sübutudur deyə Xamenei əlavə edib.       

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər