DÜNYA

Hit : 72

Amerikada etirazçılar şəhərə od vurdu - (VİDEO)

Amerikada etirazçılar şəhərə od vurdu - (VİDEO)

10:16, 29.05.2020

Ötən gün Birləşmiş Ştatların Minneapolis əyalətində dələduzluqda ittiham olunaraq saxlanılan qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi sakinlərin kütləvi etirazına səbəb olub.

 

İslaminSesi.info KİV-lərə istinadən xəbər verir ki, Corcun öldürülməsinə etiraz edənlər gecə saatlarına kimi küçələrdə etiraz yürüşləri keçirib. Polislə qarşıdurma yaranıb. Etirazçılar şəhərdə 30-a yaxın mənzil və obyektlərə od vurub.

 

Polisin etirazçılara qarşı gözyaşardıcı qazlardan, su şırnağı və rezin güllələrdən istifadə etdiyi bildirilir. Çoxlu sayda həbs olunanlar olduğu qeyd edilir.

 

Qeyd edək ki, polis şöbəsi iddia edir ki, sözügedən qaradərili əslində xəstəxanada tibbi problemlər üzündən dünyasını dəyişib. Tibb işçiləri isə bu iddianı təkzib edərək, xəstəxanaya çatdırılanda Corcun nəbzinin vurmadığını, artıq öldüyünü bildiriblər. Corc Floydu öldürən polislə yanaşı, ona kömək edən digər 3 nəfər də işdən azad edilib. Corcun ailəsi isə buna etiraz edərək həmin polislərin həbsini və ədalətli şəkildə cəzalandırılmalarını tələb edir.

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər