ÖLKƏ

Hit : 770

AİP sədri Hacı Mövsüm Səmdov:

AİP sədri Hacı Mövsüm Səmdov: "Xalqımız öz taleyini özü həll etməlidir."

15:22, 19.06.2019

AİP sədri Mövsüm Səmədov mühüm məsələlərə toxunub.

 

AİP-in mətbuat xidmətindən "İslaminSesi" nə daxil olan məlumatda deyilir:

 

Bismillahir Rəhmanir Rəhim
Mübarək Ramazan ayı bərəkəti və Allah Təalanın rəhmət dolu xoş məqamları ilə geridə qaldı. Bu ayın fəzilət və hikmət dolu günlərindən, qiymətli qədir gecələrindən şəxsi həyatına, axirətinə Allahın töhfə və hədiyyələrini qazanan bütün möminləri, möminələri bir daha təbrik edir, hər kəsə salamlarımı çatdırıram.
Ölkəmizin ictimai-siyasi həyatında narahatedici amillərlə diqqəti cəlb edən proseslər gedir. Xalqımızın ağrılı yeri Qarabağın müqəddəs torpaqları hələ də işğalçı rejimin nəzarəti altındadır. Səmərəsiz, həm də separatçıların maraqlarına xidmət edən danışıqlar ayrı-ayrı qütblərin oyun və təhriki nəticəsində davam etdirilir. Ötür-ötür prosesləri xalqımızın maddi-mənəvi sərvətlərinin talanmasına səbəb olur. Bütün bunlar, səhnə arxasında gedən proseslər dövlətimizin, torpaqlarımızın bütövlüyü, təhlükəsizliyi baxımından nikbin nəticələr vəd etmir. Ölkədaxili hərcmərcliklər, dövlət əmlakının ayrı-ayrı məmurlar, nazirlər səviyyəsində mənimsənilməsi, ən ağrılısı olan hərbi sahədəki xərclərin istiqaməti üzrə xərclənməsində baş verən ciddi neqativliklər hər bir Azərbaycan vətəndaşını narahat etməlidir.

 

Ölkədə insan hüquqlarının pozulması, günahsız vətəndaşların cəzalandırılması, ağır ittihamlarla cəmiyyətdən təcrid edilməsi, cinayətkarların, xüsusən dövləti cinayət törətmiş nazir və rəhbər orqanlarında çalışan şəxslərin azadlıqda dolaşması Vətənimizə, müsəlman məmləkətinə beynəlxalq aləmdə böyük ləkə gətirir. Bildiyimiz, qarşılaşdığımız və xalqımızın maddi, mənəvi həyatına sarsıdıcı, aşağılayıcı təsirlər göstərən nöqsanlara qarşı mübarizə hər birimizin üzərinə İlahi vəzifə gətirir. Milli-mənəvi, İslami dəyərlərin qorunması bizim gələcək, daha dinamik, ekstremal situasiyalarda qurtuluşumuzun, İlahi imtahandan şərəflə çıxmağımızın başlıca rəhnidir.

 

Azərbaycanın taleyini Azərbaycan xalqı düşmənlə mübarizə yolu ilə həll etməlidir. Arxalandığımız qütblərdən, xüsusən qardaş Türkiyədən hər gün arzuolunmayan məlumatlar yayılır. Qəsbkar ermənilərə qayğı olaraq qardaş ölkədən təyyarə reysinin açılması, televiziya şirkətinin yaradılması mən deyərdim ki, birbaşa separatçıların dəstəklənməsi deməkdir. Separatçıların idman yarışlarına Türkiyə torpağından dəstək bizim üçün arzuolunan deyil.
Bütün bunlar azmış kimi Azərbaycanın milli sərvəti ilə əhalisinin enerji daşıyıcılarına olan ehtiyacını müəyyən qədər təmin edən, böyük məbləğlərdə maliyyə gəlirləri götürən Gürcüstan  ölkəmiz qarşısında torpaq iddiası irəli sürür. Bu, xalqımıza və Vətənimizə qarşı baş qaldıran böyük ədalətsizliklərdir. Baş verənlər müsəlman Azərbaycan xalqından ictimai səhnədə proseslərə hər an ciddi hazırlıqlı olmağı tələb edir.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər