DÜNYA

Hit : 245

Ağ Ev İslamı həzm edə bilmədi – İki universitet hədələndi

Ağ Ev İslamı həzm edə bilmədi – İki universitet hədələndi

14:53, 21.09.2019

Amerikanın Şimali Karolina və “Duke” universitetlərində İslamla bağlı aparılan araşdırmalara ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən veto qoyulub.

İslaminSesi Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmada İslamın müsbət tərəflərinin ön plana çəkildiyini bildirən Ağ Ev hər iki universiteti fondun maddi dəstəyini geri çəkməklə hədələyib.


Tramp hökuməti Şimali Karolina və “Duke” universitetlərinin ortaq şəkildə gerçəkləşdirdiyi Orta Şərq araşdırmalarına dəstək olan fonddan sui-istifadə edildiyini və İslamın daha çox müsbət tərəflərinin önə çıxarıldığını iddia edib.


ABŞ Təhsil Nazirliyi 29 avqust tarixində hər iki universitetə göndərdiyi məktubunda araşdırma layihəsi ilə bağlı edilən təkliflərin sentyabrın 22-nə kimi dəyişdirilməsini, əks halda onlara verilən maddi dəstəyin kəsiləcəyini bildirib.


Məlumatda qeyd edilir ki, sözügedən araşdırma ötən il 235 min dollar maddi yardım alıb. /Yenicag.az/

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər