DÜNYA

Hit : 802

ABŞ Yəmən müharibəsində Səudiyyə və BƏƏ-ə verdiyi dəstəyin xərcini geri alır

ABŞ Yəmən müharibəsində Səudiyyə və BƏƏ-ə verdiyi dəstəyin xərcini geri alır

09:30, 13.12.2018

ABŞ rəsmi mənbələrinin məlumatına görə bu ölkənin Yəmənin müharibəsində Səudiyyə koalisiyasına hərbi dəstəyi əsasən havada təyyarələrin yanacaqla təmin edilməsi və kəşfiyyat məlumatlarıdır. ABŞ bu dəstəklərin məxaricini Səudiyyə və BƏƏ-dən geri almaq qərarına gəlib.

 

 “İslaminSesi” Anadolu-a istinadla xəbər verir ki, agentlik bu barədə Pentaqonun sənədini əldə edib.

 

Sənədə əsasən Pentaqondan bir ABŞ senatoruna bildirib ki, Yəməndə hərbi əməliyyatlara sərf edilən məxaric Səudiyyə Ərəbistanı və BƏƏ-dən geri alınacaq.

 

Pentaqonun sənədində qeyd edilib ki, sözügedən xərclər 2015-ci ildən hazırki zamana qədərki dövrə aiddir.

 

Qeyd edək ki, ABŞ hökuməti Yəmən müharibəsində hər hansı birbaşa rola malik olduğunu gizlətsə də son zamanlarda bu məsələnin üstü açılmağa başlayıb.

 /SalamNews/

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər