SİYASƏT

Hit : 140

ABŞ və “Taliban” sülh sazişi imzaladı

ABŞ və “Taliban” sülh sazişi imzaladı

22:03, 29.02.2020

ABŞ və "Taliban" Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasını və bu ölkənin daxilində dialoqun başlanğıcını nəzərdə tutan sülh razılaşmasını imzalayıb.

“Report”-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə sənədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi, danışıqlarda nümayəndə heyətinin başçısı Zalmay Xalilzad və "taliblər"in siyasi lideri molla Abdul Qani Baradar imza atıb.

Mərasimdə 30-dan çox ölkənin nümayəndələri iştirak edib.

"Bu razılaşma çoxsaylı səylərin nəticəsi oldu. Bununla biz təsdiq edirik ki, Əfqanıstan heç vaxt terrorçular üçün baza olmayacaq", - deyə mərasimdə çıxış edən ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, "Taliban"ın zorakılıqdan çəkinəcəyi təqdirdə Birləşmiş Ştatların öz hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur.

Əvəzində "Taliban" Əfqanıstan ərazisindən ABŞ-a və başqa ölkələrə hücum üçün istifadədən imtina etməlidir. Bundan başqa, tərəflər "daimi və hərtərəfli barışıq" haqqında da razılığa gəliblər. 

 

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər