SİYASƏT

Hit : 1007

"ABŞ Türkiyədən S-400 alsın" – Amerikalı senator

14:50, 30.06.2020

Amerikalı senator, respublikaçı Con Tyun, Vaşinqton və Ankara arasında gərginliyin azaldılması üçün Türkiyədən S-400 müdafiə sistemlərinin alınmasını təklif edib.

 İslaminSesi.info Türkiyə KİV-lərinə istinadla bildirir ki, senator bu barədə qanunlara dəyişiklik edilməsini təklif edib.

 

2021-ci maliyyə ilində milli müdafiəyə büdcə ayırmaları haqqında qanun layihəsi üzrə düzəlişlər təklif edən Con Tyun, “S-400” raketləri ilə təminata dair ABŞ ordusunun büdcəsindən əlavə vəsaitin ayrılması haqda fikir bildirib.

 

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması rəsmi Vaşnqton tərəfindən narazılıqla qarşılanmış, ABŞ Konqresində Türkiyəyə “F-35” qırıcı təyyarələrinin satışının təxirə salınmasını nəzərdə tutan qanun layihəsi qəbul edilmişdi.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər