DÜNYA

Hit : 70

ABŞ Suriya və İraqdan çıxarılacaq – Ayətullah Xamenei

ABŞ Suriya və İraqdan çıxarılacaq – Ayətullah Xamenei

12:16, 18.05.2020

“ABŞ-a qarşı xoşagəlməz hislərin və nifrətin olması uzun illərin siyasətinə görədir. Uzun illərdir onlar bölgədə cinayəti, qətli, ədalətsizliyi, terrorçuları bəsləməyi, diktator və bədnam dövlətləri dəstəkləməyi, sionist rejimin gündən-günə artan zülmünə dəstəyi, və sonda da koronavirus dönəmindəki rəftarı həyata keçirirlər. Bu hisslər ona görədir.”

SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ötən gün keçirilən videokonfrans zamanı deyib.

 

Ayətullah Xamenei iranlı gənclərə xitabı zamanı koronavirus pandemiyası dövründə görülə biləcək işlərdən və tətbiq edilən sanksiyalara qarşılıq verməkdən söz açıb.


Ayətullah Xamenei ABŞ-ın bölgə siyasətini tənqid edib və bildirib ki, onlar İraq və Suriyadan da çıxmalı olacaqlar.


“ABŞ-ın bölgə xalqları tərəfindən nifrətlə qarşılanmasının səbəblərindən biri də İraq, Suriya və Əfqanıstandakı addımlarına görədir. Amerikalılar açıq-aşkar elan edirlər ki, Suriyanın şərqində neft olduğuna görə orada hərbi qüvvələr yerləşdiriblər. Əlbəttə onlar Suriya və İraqda qalası deyillər və hökmən də belədir ki, onlar şəksiz buradan çıxıb getməli olacaqlar”, deyə Ayətullah Xamenei ABŞ siyasətinin bölgə xalqları tərəfindən nifrətlə qarşılandığını vurğulayıb.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər