DÜNYA

Hit : 405

ABŞ səhvən açıqladı: “Əkiz qüllələr”ə hücum edənlər... (Video)

ABŞ səhvən açıqladı: “Əkiz qüllələr”ə hücum edənlər... (Video)

15:41, 13.05.2020

ABŞ Federal Təhqiqat Bürosu (FTB) 11 sentyabr 2001-ci ildə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzində baş verən terror hadisəsində Əl Qaidə terrorçularına kömək etməkdə şübhəli bilinən Səudiyyə rəsmisinin adını səhvən açıqlayıb.

Bu barədə “Yahu Nyus” nəşri məlumat yayıb.

Bildirilir ki, həmin şəxs Mussaed Əhməd əl-Cərrahdır.


O, 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyində çalışıb.

Məlumata görə, Əhməd əl-Cərrah 11 sentyabr 2001-ci ildə “Əkiz qüllər”ə kamikadze hücumu edən Əl Qaidənin 2 terrorçusuna köməklik göstərməkdə şübhəli bilinir.

Həmin şəxsin hazırda harada olduğu haqda məlumat yoxdur.

ABŞ-ın diktatura rejimi hökm sürən Səudiyyə Ərəbistanı ilə mənafeləri üst-üstə düşdüyü səbəbindən bu məlumatı bu günədək gizlədiyi bildirilir.

 

Axar.az

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər