DÜNYA

Hit : 91

ABŞ polisi qaradərili şəxsi boğaraq öldürdü - Etirazçılarla qarşıdurma yarandı - FOTO/VİDEO

ABŞ polisi qaradərili şəxsi boğaraq öldürdü - Etirazçılarla qarşıdurma yarandı - FOTO/VİDEO

11:36, 28.05.2020

Ötən gün Birləşmiş Ştatların Minneapolis əyalətində dələduzluqda ittiham olunaraq saxlanılan qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi sakinlərin kütləvi etirazına səbəb olub.

İslaminSesi xarici KİV-ə istinadla xəbər verir ki, polisin dizi ilə boğazından sıxaraq öldürdüyü Corc çox zəif səslə "nəfəs ala bilmirəm" deyə xəbərdarlıq edib. Və elə bu sözlər də minlərlə insanın iştirak etdiyi etiraz aksiyasının şüarına çevrilib. Onlar hadisəni törədən polisin, eləcə də digər əməkdaşların həbsini tələb ediblər. Bu zaman qaradərililərlə polislər arasında ciddi qarşıdurma baş verib. Qarşılığında isə polislər aksiyanı dağıtmaq üçün plastic mərmilərdən və gözyaşardıcı qazdan istifadə ediblər.

 

Polis şöbəsi iddia edir ki, sözügedən qaradərili əslində xəstəxanada tibbi problemlər üzündən dünyasını dəyişib. Tibb işçiləri isə bu iddianı təkzib edərək, xəstəxanaya çatdırılanda Corcun nəbzinin vurmadığını, artıq öldüyünü bildiriblər.

 

"Əl-qolu bağlanaraq yerə uzanan bir insan necə təhlükəli ola bilərdi" deyən etirazçılar isə polisin bu hərəkətini qəddarlıq adlandıraraq polis şöbəsini cinayət işini saxtalaşdırmaqda ittiham ediblər. Onların fikrincə, Corcun ölüm şəhadətnaməsində onu "Covid-19" virusunun qurbanı kimi də təqdim edə bilərlər.


Qeyd edək ki, Corc Floydu öldürən polislə yanaşı, ona kömək edən digər 3 nəfər də işdən azad edilib. Corcun ailəsi isə buna etiraz edərək həmin polislərin həbsini və ədalətli şəkildə cəzalandırılmalarını tələb edir.

 

 

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər