DÜNYA

Hit : 40

ABŞ Konqresi Səudiyyədən Yəmənə 780 milyon dollar ödəməyi tələb etdi

ABŞ Konqresi Səudiyyədən Yəmənə 780 milyon dollar ödəməyi tələb etdi

14:11, 12.09.2019

ABŞ senatorları Səudiyyə Ərəbistanından Yəmənə 750 milyon dollar yardım etməsini tələb edirlər.

 

İslaminSesi əl-Aləmə istinadən xəbər verir ki, ABŞ Senatının Respublikaçı və Demokrat üzvləri Səudiyyə Ərəbistanını Yəmən xalqına kömək üçün bu il 750 milyon dollar yardım etməyə çağırış ediblər.

 

Senat üzvlərinin vəliəhd Bin Salmana ünvanladığı məktubda Səudiyyə Ərəbistanının Birləşmiş Millətlər Təşkilatındakı mövcud öhdəliklərinin yalnız kiçik bir hissəsinə riayət etdiyi bildirilib.

 

Senat üzvləri Səudiyyənin gələn ayın sonuna kimi yardımı ödəmədiyi halda Yəməndə 5 milyon insanın vəbadan ölə biləcəyini xəbərdarlığını ediblər.

 

Konqres üzvləri ABŞ-ın Səudiyyəyə yardımı və Səudiyyənin insan haqlarını pozması məsələsinin müzakirəyə çıxarılmasının planlaşdırıldığını da nəzərə çatdırıblar.

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər