SİYASƏT

Hit : 55

ABŞ-ın SENSASİON PLANI: Türkiyəni müharibəyə sürükləyib...

ABŞ-ın SENSASİON PLANI: Türkiyəni müharibəyə sürükləyib...

10:46, 23.10.2019

ABŞ Suriya ilə Türkiyə arasında toqquşmanın olmasını istəyir, bununla Moskva-Ankara arasında problemlərə yol açmağa, Aralıq dənizini Rusiya üçün bağlamağa çalışır.

İslaminSesi xəbər verir ki, bu iddianı rusiyalı siyasi ekspert Aleksey Fenenko səsləndirib.

 

"ABŞ-ın son hərəkətləri Türkiyə və Suriya arasında qarşıdurma olmasını istədiyini göstərir. Məsələ burasındadır ki, ABŞ özünü Türkiyənin Suriyadakı problemlərindən kənara çəkmək, Türkiyəyə bir təhlükəsizlik sahəsi verməyi planlaşdırır. Daha sonra da "Buyurun, konflikti necə istəyirsinizsə, Dəməşqlə həll edin" demək istəyir. ABŞ həmçinin Rusiya, Türkiyə və İran arasında Astana formatını, Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışır.

 

Vaşinqtonun məntiqinə görə, Türkiyə Suriya ilə uzun müddətli bir qarşıdurmaya girərsə, Moskva ilə Ankara arasındakı münasibətlərdə də çətinlik yaranar. Bu böhran nə Rusiyaya, nə Türkiyəyə lazımdır, ancaq ABŞ-ın buna çox ehtiyacı var", - Fenenko qeyd edib./Axar.az/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər