SİYASƏT

Hit : 125

“ABŞ-ın atacağı ən zəif raket belə ənənəvi müharibənin simasını dəyişəcək...”

“ABŞ-ın atacağı ən zəif raket belə ənənəvi müharibənin simasını dəyişəcək...”

13:18, 07.02.2020

Viktor Muraxovski: “Əgər Amerika Rusiyaya qarşı ən xırda nüvə raketinin tətbiqini belə reallaşdırsa, o zaman Rusiya bu hücuma “nüvə qüvvələrinin tam gücü ilə qarşılıq verəcək”

ABŞ-ın sualtı qayıqlardakı aşağı güclü nüvə raketlərini yeni nəsil ballistik raketlərlə əvəzləməsi Rusiyada ciddi narahatlığa səbəb olub. Pentaqonun “Rusiya təhdidinə qarşı” adı altında atdığı bu addımı böyük təhlükə kimi dəyərləndirən rus mediası da, rus politoloqları kimi bunu “böyük təhdid” kimi dəyərləndirlməkdədir.

 

Məsələ ilə bağlı maraqlı yazı ilə çıxış edən məşhur rus jurnalisti Viktor Muraxovski, ABŞ-ın atacağı ən zəif güclü nüvə raketinin belə müharibənin simasını tamamilə dəyişəcəyini bildirib. Belə ki, söhbət nüvə raketinin tətbiqindən getdiyi zaman döyüş başlığının hansı gücdə olmasının heç bir önəm kəsb etmədiyini vurğulayan V.Muraxovski, bunun daha dağıdıcı nüvə raketlərindən istifadəni tətikləyəcəyini qeyd edib.


V.Muraxovski vrğulayıb ki, əgər ABŞ Rusiyaya qarşı ən xırda nüvə raketinin tətbiqini belə reallaşdırsa, o zaman Rusiya bu hücuma “nüvə qüvvələrinin tam gücü ilə qarşılıq verəcək”.


Məlumat üçün qeyd edək ki, son vaxtlar dünyada aşağı güclü nüvə raketlərindən istifadənin mümkünlüyü ilə bağlı iddialar səslənməkdədir. Hansı ki, əksər mütəxəssislər hesab edir ki, nüvə zərbələrini lokallaşdırmaq və bununla guya daha böyük qarşıdurmaların qarşısını almaqla bağlı deyilənlər reallığı əks etdirmir. Mütəxəssislər hesab edir ki, nüvə zərbəsinin mövcudluğu fonunda “minimal itki”lərdən danışmaq absurddur və bu, ictimai rəyi çaşdırmaq deməkdir./Moderator.az/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər