ARAŞDIRMA

Hit : 3747

ABŞ hərbi bazalarına dəyən ziyanla bağlı sənəd üzə çıxdı - Çoxlu ölü,15 helikopter, 3 anqar... (FOTO)

ABŞ hərbi bazalarına dəyən ziyanla bağlı sənəd üzə çıxdı - Çoxlu ölü,15 helikopter, 3 anqar... (FOTO)

17:11, 17.01.2020

Yanvarın 8-i İranın İraqda yerləşən hərbi bazalarına endirilən zərbədən sonra ABŞ prezidenti Donald Tramp bu zərbəni gözlədiklərini, bazaları boşaltdıqlarını və heç bir itkilərinin olmadığını açıqlamışdı. İran tərəfi isə raket zərbələri zamanı 80-ə yaxın ABŞ əsgərinin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlamışdı.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin general-mayoru Əmir Əli Hacızadə bildirmişdi ki, bazaya zərbə endirməkdə məqsəd ABŞ əsgəri öldürmək olmayıb və əgər belə niyyətləri olardısa, daha çox əsgər öləcəyini vurğulamışdı.

 

Dünən isə İraqın "Al-Afaq" agentliyi ABŞ Müdafiə Nazirliyinə göndərilimiş bir raportun görüntüsünü yayımlayıb.


Raportda deyilir ki, bazada 285 əsgər itkisi olub ki, onlardan 139-u ölüb, 146-sı yaralanıb. Biri "Blackhawk" olmaqla 15 helikopter sıradan çıxıb. O cümlədən 2 ədəd hərbi nəqliyyat təyyarəsi və 3 dədə MQ-1 Predator dronu partladılıb. Raket zərbələri nəticəsində Komandanlıq Mərkəzi, 3 anqar, 3 barak və 10 hərbi çadır sıradan çıxıb. Hava hərəkətinə nəzarət qülləsi dağıdılıb.


Sonda bildirilir ki, ilkin qiymətləndirmələrə görə, "Ayn al-Assad" hava bazası ən azı 3 həftə fəaliyyət göstərə bilməyəcək./faktxeber.com/

 

 

 

 

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər