SİYASƏT

Hit : 305

ABŞ dövlət katibi rusiyalı generalları İran ssenarisi ilə hədələdiyib

ABŞ dövlət katibi rusiyalı generalları İran ssenarisi ilə hədələdiyib

16:37, 17.01.2020

ABŞ dövlət katibi Mayk Pompeo rusiyalı generalları İran ssenarisi ilə məhv edəcəyini dilə gətirib.

İslaminSesi-nin Rusiya KIV-nə istinadənn verdiyi məlumata əsasən, ABŞ dövlət katibi Mayk Pompeo gözlənilmədən Rusiyanı, İran generalı Qasim Süleymanini qətlə yetirməsi ssenarisi ilə hədələdəyərək Vaşinqtonun bu addıma gedə biləcəyini söyləyib. 

 

Mayk Pompeonun sözlərinə görə, Süleymaninin öldürülməsi ABŞ-ın rəqiblərini dayandırmaq üçün yeni bir strategiyasıdır və bu, təkcə İrana deyil, Rusiyaya da aiddir. Bu yalnız xəbərdarlıq deyil, Rusiya ordusuna və ola bilsin yüksək vəzifəli şəxslərinə hücum etməyə hazır olduğunu göstərir.


“ABŞ Dövlət Katibi Mayk Pompeo, yanvarın 13-də Qasim Süleymaninin Amerika əleyhdarlarının çağırışlarını özündə cəmləşdirmək üçün daha geniş bir strategiya çərçivəsində öldürüldüyünü söylədi. Bu, Çin və Rusiyaya da aiddir”, - deyə Reuters Pompeonun sözlərini sitat gətirib.


Pompeo, hazırda ABŞ-ın İrana qarşı güclü mövqe prinsipindən istifadə etdiyini qeyd etdi. Lakin bunun bütün düşmənlərə şamil olunacağını vurğuladı, açıq şəkildə ABŞ-ın potensial rəqiblərinə aid olduğunu bildirdi.


Rusiya artıq Pompeonun bəyanatına reaksiya göstərərək, bu cür açıqlamaların qəbuledilməz olduğunu və belə şeylərin Rusiya ilə işləməyəcəyini vurğuladı.


“Qoy Pompeo sinəsinə təhdidlərin siyahısını assın və Dövlət Departamentində gəzsin. Bu ciddi söhbət deyil, belə şeylər Rusiyaya qarşı keçmir. Rusiyada və ya xaricdə Rusiya yüksək rütbəli hərbi qüvvələrinin məhv edilməsi, nüvə gücləri arasındakı qarşıdurmanın başlaması ilə açıq-aydın bir şeydir. Vaşinqton qətiliklə buna getməyəcək", - deyə rusiyalı hərbi ekspert İqor Korotchenko söyləyib./eastnews.org/

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər