DÜNYA

Hit : 24

ABŞ-dakı etirazlarda ən azı 5 nəfər həyatını itirib - VİDEO

ABŞ-dakı etirazlarda ən azı 5 nəfər həyatını itirib - VİDEO

11:26, 01.06.2020

4 mindən çox insan saxlanılıb

Qaradərili Corc Floydun mayın 25-də Minneapolis şəhərində polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlayan etiraz aksiyaları alovlanıb. 

 

İslaminSesi Maide.Az-a istinadla xəbər verir ki, “Washington Post” qəzetinin məlumatına görə, aksiyalar zamanı polis və etirazçılar arasında baş vermiş qarşıdurmalarda ən azı beş nəfər ölüb.


Amerika KİV-ləri həmçinin indiyədək etiraz aksiyaları müddətində təxminən 4 100 nəfər polis tərəfindən saxlayıb.


Vaşinqton şəhərindəki etirazçılar Ağ Ev ətrafından kənarlaşdırıldıqdan sonra küçələrdə dükanları dağıtmağa və zibil qutularını yandırmağa başlayıb.
Bundan başqa etirazçılar Vaşinqtonun mərkəzində yerləşən ofis və ticarət evlərini dağıdıblar.


Los Angeles şəhərində iğtişaşlar və etirazların böyüməsindən sonra bu şəhərdə fövqəladə vəziyyət elan edilib.


ABŞ mediasında yer alan məlumatlara görə, 25 şəhərdə hərbi vəziyyət elan edilib. Həmçinin ABŞ Milli Qvardiyasını ölkənin bir neçə ştatında şəhərlərə yeridilib.
Aşağıda ABŞ-da baş verən etirazları canlı izləyə bilərsiz:

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər