DÜNYA

Hit : 117

ABŞ-da dəhşətli fırtına: Binalar dağılıb, 25 nəfər həyatını itirib - VİDEO

ABŞ-da dəhşətli fırtına: Binalar dağılıb, 25 nəfər həyatını itirib - VİDEO

12:03, 04.03.2020

ABŞ-ın cənub-şərqindəki Tennessi ştatının Neşvil şəhərində baş verən fırtına səbəbindən 140-dan çox bina dağılıb.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Tennessi qubernatoru Bil Li ilə telefonla danışan Ağ Ev rəhbəri Donald Tramp bölgəyə kömək ediləcəyini söyləyib. Cümə günü fəlakət bölgəsinə gedəcəyini bildirən Tramp "təsirə məruz qalan hər bir ailəyə sevgi və milli dualarımızı göndəririk. Oraya gələcəyik, sağalacağıq, yenidən quracağıq və kömək edəcəyik", - deyə vurğulayıb.


Qeyd edək ki, ştatın qubernatoru Bil Li fövqəladə vəziyyət elan edib. Qubernator axtarış və xilasetmə işlərinə kömək etmək və təhlükəsizliyi təmin etmək üçün Milli Qvardiyanı əraziyə göndərib.


Neşvil şəhərinin mərkəzində təsirli olan fırtına zamanı yüzlərlə evin damı uçub, divarları dağılıb. Şəhərdə ictimai nəqliyyat dayanıb, yaxınlıqdakı hava limanları da uçuşa bağlanıb.


Yerli səlahiyyətlilərin məlumatına görə, bölgədə 44 min insan elektriksiz qalıb.


Fırtına səbəbindən ölənlərin sayı 25-ə çatıb, bir çox insan isə itkin düşüb./BAKU.WS/

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər