ÖLKƏ

Hit : 60

9 saylı Binəqədi seçki dairəsində 2 məntəqədə seçki nəticələri ləğv olundu

9 saylı Binəqədi seçki dairəsində 2 məntəqədə seçki nəticələri ləğv olundu

20:23, 18.02.2020

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Rəşad Rzayev və digər namizədlərin müraciətinə baxılıb.

 

İslaminSesi xəbər verir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

 

O bildirib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib: “Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayı az olmasına baxmayaraq, say komissiya üzvləri tərəfindən süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilmədiyi qeyd olunub. DSK-ların araşdırma materialları da müraciətə əlavə edilib.

 

Araşdırma zamanı müraciətdə təqdim edilən bir sıra faktlar öz təsdiqini tapmayıb. Ona görə də, təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın”.

 

Orucov daha sonra 31 və 35 saylı məntəqələrdə pozuntuların qeydə alınması səbəbindən bu məntəqələr üzrə nəticələrin ləğv edilməsini tələb edib. Komissiyanın ekspert qrupunun rəyi əsasın şikayətçilərin müraciəti qismən təmin olunub.

 

Nəticə olaraq, adıçəkilən dairədə 31 və 35 saylı məntəqələr üzrə nəticələr ləğv edilib. Xatırladaq ki, bu dairədən Kəmaləddin Qafarov qalib gəlmişdi.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər