SOSİAL

Hit : 990

8-ci km qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

8-ci km qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

09:46, 06.01.2017

Qurumdan bildirilib ki, aparılan işlərin Xətai rayonu Gəncə prospekti və UPD yaşayış massivinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür

Bakı şəhərinin Nizami rayonu, Ə.Kürçaylı küçəsi,20 ünvanında yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Nizami rayonu 8-ci kilometr qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.


"İslaminSesi" Reporta istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin məlumatında qeyd olunub.


Qurumdan bildirilib ki, aparılan işlərin Xətai rayonu Gəncə prospekti və UPD yaşayış massivinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

DİGƏR SOSİAL XƏBƏRLƏRİ

bütün xəbərlər