DÜNYA

Hit : 2212

7 aya öləcəyini öyrənən müsəlman milyonerin seçimi - İbrətamiz həyat hekayəsi

7 aya öləcəyini öyrənən müsəlman milyonerin seçimi - İbrətamiz həyat hekayəsi

12:27, 05.06.2018

Həyatının son 3 ilini insanlara yardıma həsr edən Əli Banatın ibrətamiz həyatı insan heyran buraxır.

İslaminSesi "Metro News"-un xəbərinə istinadən bildirir ki, Sidneydə milyoner həyatı sürən Əli Banatın həyatı bəlkə də elə də davam edəcəkdi. Lakin pis bir sürpriz onu yarı yolda saxladı. 3 il əvvəl xərçəng diaqnozu qoyulan Əli Banat 29 mayda dünyaya gözlərini yumub. Onun qurduğu "Dünyanın hər yerindəki müsəlmanlar" təşkilatına hazırda yardımlar yüksəlib. 2 milyon dollar hədəfi olan bu xeyriyyə təşkilatının hazırda topladığı məbləğ 1 milyon dolları ötür. 

 

Əli Banatın sağkən geyindiyi ayaqqabının qiyməti 60 min dollar dəyərində idi. Sürdüyü avtomobil isə 600 min dollar qiymətində Ferrari idi. Lakin xəstələnən kimi bunun bir dəyərinin qalmadığını görür. "Xəstə olduğumuzu və yaşayacaq çox az bir zamanınız qaldığında yalnız həyatın dalınca qaçarsınız. Bütün həyatımızı əslində belə yaşamalıyıq". 

 

7 ay ömrü qaldığını oyrənən Əli Banat özünü xeyriyyə işlərinə həsr edib. Amma Allah ona daha 3 il bəxş edib. Qurduğu xeyriyyə təşkilatla Togo, Qana və Burkino Fasoda insanlara yardım edib. 

Ölümündən sonra insanlara bu mesajı buraxıb: " Bir məqsəd sahibi olun və bu məqsədə çatmaq üçün bir planınız olsun. Özünüz edə bilməsəniz belə başqalarının etdiyi layihələrə dəstək olun. Sadəcə olaraq nəsə edin, inanın sorğu günündə ehtiyacınız olacaq". 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər