ARAŞDIRMA

Hit : 1016

400-dən çox azərbaycanlı Rusiya xəstəxanalarında koronavirusdan müalicə olunur

400-dən çox azərbaycanlı Rusiya xəstəxanalarında koronavirusdan müalicə olunur

15:27, 30.06.2020

Rusiyanın 15 regionunda 412 azərbaycanlı xəstəxanalarda yeni növ koronavirus infeksiyasından müalicə alır, onlardan 74-ü hazırda reanimasiyadadır.

İslaminSesi xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna Rusiya Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.

 

Bildirilib ki, həmvətənlərimiz arasında ən çox yoluxanlar Murmansk və Moskvadadır.


Rusiya Federasiyasının 15 regionunda COVID-19 xəstəsi olan azərbaycanlıların statistikası belədir:


Samara - 9 nəfər (2 nəfər reanimasiyada)


Novosibirsk - 36 nəfər


Xantı-Mansi Muxtar Dairəsi, Nefteyuqansk şəhəri - 40 nəfər (6 nəfər)


Stavropol diyarı - 11 nəfər


Mari El Respublikası - 8 nəfər (1 nəfər)


Ulyanovsk - 4 nəfər


Kirov - 13 nəfər (2 nəfər)


Sankt-Peterburq - 41 nəfər (15 nəfər)


Murmansk - 105 nəfər (23 nəfər)


Moskva - 74 nəfər (13 nəfər)


Nijni Novqorod - 36 nəfər (8 nəfər)


Tver vilayəti - 9 nəfər


Kostroma vilayəti - 12 nəfər


Saxalin vilayəti - 7 nəfər (1 nəfər)


Dağıstan Respublikası - 7 nəfər (3 nəfər).

DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

bütün xəbərlər