DÜNYA

Hit : 3913

“40% spirtdir, qalanı halal zəm-zəmdir” – Səudiyyədə içki barları açıldı (Video)

“40% spirtdir, qalanı halal zəm-zəmdir” – Səudiyyədə içki barları açıldı (Video)

14:41, 01.11.2019

Səudiyyənin paytaxtı ər-Riyadda kişilər üçün içki barlarlnln açılması barədə sosial şəbəkələrdə xəbərlər yayılıb.

 

İslaminSesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələrindən olan aktivistlər bu barədə tənqidi paylaşımlar edib, ər-Riyad hakimiyyətini kəskin şəkildə qınayıblar.

 

Watan.com-un xəbərinə görə Səudiyyə Əyəncə və Turizim İdarəsinin rəhbəri Turki Ali-Şeyx məsələyə münasibət bildirib və barların təmiz, halal istiqamətdə fəaliyyət göstərdiyini, içkilərin tərkibində yalnız 40% spirtin varlığını, qalanın isə pak zəm-zəm suyundan olduğunu bildirib.

 

Turki Ali-Şeyxin bu günüc sözlərini sosial şəbəkə istifadəçiləri də vurğulayıb.

 

Hannan Utaybi adlı fəal sosial şəbəkə istifadəcisi Turki Ali-Şeyxə sual ünvanlayıb: Çılpaq qadın güləşi, rəqs, gey partiyalar, içkilər və ... daha sifarişlərdən nə qaldı?...

 

Xatırladaq ki, Səudiyyədə son bir ayda baş verənlər ölkə əhalisini belə mat qoyub: Çılpaq qadın güləşi, rəqs, gey partiyalar, içkilər, başörtüsüz əcnəbi turistlər...

 

Müqəddəs Məkkə və Mədinəyə sahiblik edən bir ölkədə bunların baş verməsi İslam aləmi üçün çox utanc vericidir.

 

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər