ÖLKƏ

Hit : 419

"3-cü mikrorayon bazarı" adlanan ərazidə yanğın baş verib - Video

19:56, 14.12.2019

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın artıq söndürüldüyü bildirilir.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzovun verdiyi məlumata görə "Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub. Yanğın bazarın bir hissəsini əhatə edib."

 

Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi general Füzuli Əsədovun bildirdiyinə görə: Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib. Hadisə yerinə 17 yanğın texnikası, 75 yanğınsöndürən cəlb edilib. Yanğında xəsarət alan yoxdur. Hadisə yerində iki "QAZel" markalı avtomobil qismən yanıb". apa.az

 

 

 

 

 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər