SİYASƏT

Hit : 38

28 ölkənin xarici işlər nazirləri İranın nüvə proqramı ilə bağlı toplantı keçirəcək –Aİ-dən açıqlama

28 ölkənin xarici işlər nazirləri İranın nüvə proqramı ilə bağlı toplantı keçirəcək –Aİ-dən açıqlama

21:41, 07.11.2019

Avropa İttifaqına (Aİ) üzv 28 ölkənin xarici işlər nazirləri noyabrın 11-də əvvəlcədən planlaşdırılmış iclasda İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

 

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Brüsseldə Aİ Şurasının nümayəndəsi məlumat verib.

 

“Onların bölgədəki vəziyyəti və Aİ-nin gərginliyin azaldılmasında mümkün rolunu müzakirə edəcəyi gözlənilir. Nazirlər həmçinin İranın Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı son açıqlamalarını nəzərə alaraq İran məsələsinə də diqqət ayıra bilərlər” o, deyib. Report.

DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

bütün xəbərlər