DÜNYA

Hit : 2265

200-dən artıq yaralı ABŞ hərbçisi Təl-Əvivə aparılıb – İsrail KİV-ləri

200-dən artıq yaralı ABŞ hərbçisi Təl-Əvivə aparılıb – İsrail KİV-ləri

22:02, 08.01.2020

İsrail KİV-nin məlumatına görə İranının raket hücumları nəticəsində yaralanan 224 ABŞ hərbçisi İsrailə aparılıb.

 

İslaminSesi sputniknews-a sitinadən xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat dərc edib.

 

Qəzetin xəbərinə görə bu gün, ABŞ hərbi bazasına edilən hücumlar nəticəsində yaralanmış 224 hərbçi xəstəxanalara yerləşdirilmək üçün paytaxt Təl-Əvivə gətirilib.

 

Həmçinin adı çəkilən qəzetin müxbiri Jack Khoury də “Twitter” hesabında, ABŞ-ın İraqdakı Ayn-Əsəd bazasına hücumlar nəticəsində yaralanmış 224 hərbçinin Təl-Əvivə, xəstəxanalara gətirilməsi barədə paylaşım edib.

 

Xatırladaq ki, İran KİV-lərinin xəbərinə görə bu gün, İran hərbi qüvvələrin ABŞ-ın İraqda yerləşən Eyn əl-Əsəd və ərbildə yerləşən hərbi bazalarına edilən raket hücumları nəticəsində 80-dan artıq hərçi həyatını itirib, 200-dən artıq yaralanıb.

 

ABŞ prezidenti Donald Tramp, İranın bu ölkənin İraqdakı hərbi bazalarına etdiyi raket atəşi nəticəsində yalnız heç bir təlafat olmadığını deyib.

 

 

 

 

 

 

 

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

bütün xəbərlər