ÖLKƏ

Hit : 108

20 Yanvar dairəsində 4 günlük tıxacın səbəbi açıqlandı - VİDEO

20 Yanvar dairəsində 4 günlük tıxacın səbəbi açıqlandı - VİDEO

10:33, 15.02.2020

20 Yanvar dairəsində 4 gündür tıxacda qalan sürücülərdən biri problemin səbəbini araşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edib.

 

İslaminSesi  xəbər verir ki, sürücü BNA nümayəndəsi ilə telefon danışığı zamanı tıxacın səbəbini aydınlaşdırmağa çalışıb. 

 

BNA nümayəndəsi sürücünün tıxacla bağlı sualını cavablandırarkən deyib ki, 20 Yanvar dairəsindəki keçiddə naqillərdə hansısa problem yaranıb və buna görə də tıxac müşahidə edilib.

 

Qeyd edək ki, sürücülərin 20 Yanvar dairəsinin üzərindəki körpüdə tıxacla üzləşməsinə səbəb yolun qarşıdakı hissəsində işıqforun 53 saniyə qırmızı göstərməsidir. Məhz buna görə körpü üzərində yaranan sıxlıq daha sonra böyük tıxaca çevrilir. 

 

Bakı Nəqliyyat Agentliyinin mövcud problemin aradan qaldırılması istiqamətində daha ciddi addımlar atacağına və sürücülərin üzləşdiyi problemin tez bir zamanda həll olunacağına ümid edirik. 

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər