ÖLKƏ

Hit : 211

“15 mərtəbəli binanın 17-ci mərtəbəsi” - Dövlət Komitəsi tikintini dayandırdı - VİDEO

“15 mərtəbəli binanın 17-ci mərtəbəsi” - Dövlət Komitəsi tikintini dayandırdı - VİDEO

16:06, 14.01.2020

Belə yerdə o məşhur roman yada düşür, "5 mərtəbəli evin 6-cı mərtəbəsi". Amma bu, nə roman deyil, nə də əsər, bu, paytaxt Bakının Günəşli qəsəbəsində yerləşən binadır, 15 mərtəbli binanın 17-ci mərtəbəsi.

 

İslaminSesi bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Hazırda həmin o 15 mərtəbəyə əlavə edilən 2 mərtəbənin tikinti prosesi davam edir. Görünür, şirkət sahibi illər öncə istifadəyə verilən binaya növbəti 2 mərtəbə əlavə etmək qərarına gəlib. Amma hələ ki, həmin o 2 mərtəbə binanın yalnız müəyyən bir hissəsinə əlavə edilir.

Sakin: "Mən 15-ci mərtəbədə yaşayıram. Tikintiyə görə divar kağızlarımız qopur, tökülür, tavan zədələnib, döşəmə yararsız vəziyyətə düşüb".

 "Badu Kube" MMC tərəfindən inşa olunan binanın təməli 2005-ci ildən qoyulub. 5-6 il öncə sakinlərin istifadəsinə verilib. Bu yaxında isə "Arko" MMC adlı başqa bir şirkət yaşayış olan 15 mərtəbəli binaya əlavə 2 mərtəbə artırmağa başlayıb.

Asif Əsədullazadə - Tikinti şirkətinin nümayəndəsi: "Sadəcə, bu podratçı təşkilat onu 12 mərtəbədə saxladı, sonradan 15-i tamamladı. Vəsait olmadığına görə, qaldı yarımçıq".

Deyilənlərin həqiqət olub-olmadığını öyrənmək üçün binanın layihə sənədlərinə baxmaq istədik. Tikinti şirkətinin digər nümayəndəsi sənədi göstərmədi və otağın qapısını üzümüzə bağladı.

Ekpertlərin sözlərinə görə, belə bir tikintinin aparılması yolverilməzdir. Lap layihədə nəzərdə tutulsa belə, artıq istismara verilmiş, yaşayış gedən binada tikinti aparmaq olmaz.

Şirin Şərifov - Ekspert: "Bunun konstruksiyası neçə mərtəbəyə icazə verirsə, ondan artıq tikmək qəti qadağandır. Yəni yolverilməzdir. İnsanlar yaşayırsa, artıq istismara verilibsə, orada, ümumiyyətlə, tikinti aparılması düzgün deyil".

Artıq məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən araşdırma aparılıb və binada tikinti işlərinin dayandırılmasına qərar verilib.

Milli.Az

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

bütün xəbərlər